Sərbəst güləşçilər daha 4 medal qazanıb, Avropa 3-cüsü oldular

Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Djoyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) üçüncü yeri tutublar.

Bütövlükdə, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb.

1 gümüş və 6 bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3-cüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.

Xatırladaq ki, daha öncə Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) də bürünc medal qazanmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button