“Səni çox sevirəm, dostum!” – FOTO
“Barselona”nın keçmiş futbolçusu Karles Puyol sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, ispaniyalı futbolçu Sesk Fabreqasın karyerasını bitirməsinə münasibət bildirib:
“Böyük karyera münasibətilə səni təbrik edirəm. Səninlə gözəl anlar yaşamaq çox xoş idi. Səni çox sevirəm, dostum! Həyatının yeni mərhələsində uğurlar arzu edirəm”.
Fabreqas bundan sonra “Komo” klubunun U-19 və əvəzedici komandalarının baş məşqçisi kimi fəaliyyət göstərəcək. O, 2022-ci ilin yayından İtaliya B Seriyası təmsilçisində forma geyinirdi.
Fabreqas öncədən “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako”da da çıxış edib, İspaniya yığmasında 110 oyunda 15 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin