Sənan Qurbanov: “İtiriləsi heç nəyimiz yoxdur”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra bunları söyləyib:
“Oyunun çətin olacağını başa düşürdük. “Sumqayıt” da qələbə qazanmaq istəyirdi. Bunun üçün də aqressivləşmişdi. İlk hissədə pis oynamadıq və qol vurduq. Amma ikinci yarıda öz səhvimizdən top buraxdıq. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq. Turnir cədvəlində istədiyimiz yerdə deyilik. Hər oyuna final matçı kimi çıxacağıq. İtiriləsi heç nəyimiz yoxdur. Fasilədə oyunları analiz edib, səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin