Sənan Qurbanov: “İlk hissədə qol vursaydıq, bizim üçün daha asan olardı”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Milli komandaların oyunlarına görə yaranmış fasilə dönəmində yaxşı hazırlıq keçdik. Həm psixoloji, həm də emosional baxımdan bizə lazım olan məqamlar var idi. Daha öncə “Qarabağ” və “Sabah”la oyunlarda xarakter göstərməyimiz bizi sevindirmişdi. Bu xarakteri formalaşdırmaq asan deyil. Bəlkə də mövsümün əvvəlindəki ardıcıl məğlubiyyətlər bizdə belə bir xarakter formalaşdırdı.
“Səbail”lə bu cür meydanda oynamaq asan deyildi. Fikrimcə, maraqlı oyun alındı. “Səbail”də Aftandil Hacıyev yaxşı kollektiv yaradıb. Birinci hissədə daha çox qol imkanlarımız oldu. Onları dəyərləndirsəydik, bəlkə də, bizim üçün daha asan olardı. Sonadək mübarizə aparıb, qalib gəldik. Bu qələbə bizə çox lazım idi. Futbolçularımı təbrik edirəm.
Rəhman Hacıyevin oynamaması zədəsi ilə bağlıdır. O, “Sumqayıt”a qarşı yoxlama oyununda arxa əzələsində ağrılar hiss etdi. Risk etmədik, elə həmin vaxt əvəzlədik. Həkimlər onun gələn həftədən komandaya qoşulacağını deyirlər”.
Bizi Facebook-da izləyin