Poçettino: “Futbolda biz də birinci olmalıyıq”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino bu ölkənin mentaliteti haqda danışıb.

Poçettino ötən ilin sentyabrında ABŞ milli komandasının başına keçib.

Komanda.az Golz TV-yə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, hər bir amerikalı idmançının istənilən idman növündə həmişə bir nömrə olmaq haqqında düşündüyünü bildirib:

“Sən qələbə qazanmaq barədə düşünməsən, ABŞ komandasının məşqçisi ola bilməzsən. Amerika mentaliteti və mədəniyyəti bir nömrə olmaq arzusudur. Hər bir amerikalı idmançı istənilən idman növündə həmişə bir nömrə olmaq haqqında düşünür. Beləliklə, futbolda biz də birinci olmalıyıq”.

ABŞ 2026-cı ildə Meksika və Kanada ilə birlikdə dünya çempionatına ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button