
Azər Bağırov: “Sən kimsən ki, mənə deyəsən əlini aşağı sal?”
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 32-ci turunda “Zirə” ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib.
Bağırov köklü bir komandaya qarşı oynadıqlarını bildirib:
“Köklü bir komandaya qarşı oynadıq. Yaxşı epizodlarımız da oldu. Son nöqtəni qoymaqda ustalıq çatmadı. Mən oyunçulardan razıyam. “Zirə”ni təbrik edirəm.
Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim sənə deyə ki, əlini aşağı sal… Buna nə deyəsən? Sən kimsən ki, mənə deyəsən əlini aşağı sal?
Boynumda bir missiya var, onu yerinə yetirməyə çalışıram. Mirça Rednik və ya başqa kimsə gələcək, buna rəhbərlik qərar verəcək. Güclə sevgi olmur ki…”
“Kəpəz” növbəti turda səfədə “Neftçi” ilə üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin