“Mançester Yunayted”in yeni transferi: “Görəsən, bura uyğunlaşa biləcəm?”
“Mançester Yunayted” klubunun “Kristal Pelas”dan heyətinə qatdığı Aaron Van-Bissaka açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi, transferi və “qırmızı şeytanlar”a uyğunlaşması ilə bağlı danışıb:
“Transferdən sonra ilk düşüncəm belə oldu: görəsən, bura uyğunlaşa biləcəm? Burdakı əksər futbolçular mənə kömək edir, Pol Poqba isə məsləhət verir. Yeni mövsümdə ilk matçda o, mənə digərləri kimi eyni şeyləri dedi: “Sən bir səbəb üçün burdasan, qorxmadan öz futbolunu oyna”. Burda öz hücumçularımıza qarşı oynayb, məşq edirəm. Artıq komandaya uyğunlaşmışam. Düzdür, Mançester mənim üçün yeni bir şəhərdir, amma bura çox gözəl yerdir”.
“Mançester Yunayted” Van-Bissaka ilə 5 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin