“Şəmkir”in stadionu yararsız vəziyyətə düşdü, köməyə Tovuz çatdı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 21-ci turun “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşüb.

Buna görə matç saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button