“Şəmkir” 1200 manat ziyana düşdü – Azarkeşlərə görə

Futbol üzrə 2-ci Liqada çıxış edən “Şəmkir” klubu azarkeşlərin hərəkətləri ucbatından 1200 manat ziyana düşüb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi 6-cı turda “Qaradağ Lökbatan”la oyunda yaşananlara görə cərimələnib.

Klub matçdan sonra fanatların meydana daxil olması səbəbindən 500 manat ödəməli olacaq. Bu hal cari mövsümdə ikinci dəfə yaşanıb.

Tərəfdarlar meydana kənar əşyalar da atıblar. “Şəmkir” buna görə 200 manat cərimə edilib. Bundan əlavə, tərəfdarlar hakimləri təhqir etdiyi üçün 2-ci Liqa komandası 500 manat da ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button