Səmədov FİFA-ya müraciət etdi – Rusiyaya görə
Rusiya Futbol Veteranları İttifaqı FİFA və UEFA-ya açıq məktub göndərib.
Komanda.az xəbər verir ki, veteran futbolçular Ukraynadakı müharibə ilə əlaqədar milli komandaların və yerli klubların beynəlxalq yarışlardan kənarlaşdırılması qərarının ləğvini xahiş ediblər.
Məktubu imzalayanlar arasında əslən azərbaycanlı sabiq yarımmüdafiəçi Aleksandr Səmədov da var. Siyahıda həmçinin Stanislav Çerçesov, Oleq Romantsev, Dmitri Aleniçev, Rinat Dasayev və Yeqor Titov kimi tanınmış futbolçular yer alıb.
Xatırladaq ki, Aleksandr Səmədov karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarının, həmçinin “Krılya Sovetov”un formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin