“Səkkiz milyon avro alır və heç nə etmir”

İtaliya futbolunun “problemli uşağı” Antonio Kassano Rafael Leaoya qarşı amansızdır.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, Kassano, portuqaliyalı oyunçunun meydanda yararsız olduğuna inanır və hətta komandanın yeni baş məşqçisi Serjio Konseysao da buna tezliklə əmin olacaq:

“O, səkkiz milyon avro alır və heç nə etmir, ötürmə vermir, az qol vurur. O, daha yaxşı reper idi. Leao İtaliya superkubokunun finalını normal, sonra “Kalyari” ilə oyunu yenidən aşağı səviyyədə keçirdi”.

Leao 2019-cu ildən “Milan”da çıxış edir. O, daha əvvəl Lissabon “Sportinq”i və “Lill”də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button