“Şəki” “Sumqayıt”ı məğlub etdi
Azərbaycan Basketbol Liqasının 3-cü turunda “Şəki” “Sumqayıt”ı məğlub edib.
Komanda.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyun meydan sahiblərinin 101:61 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun sonuncu qarşılaşması bu gün Abşeron Olimpiya Kompleksində keçiriləcək. “Sabah” “Abşeron”la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 16:00-da başlayacaq.
Əvvəlki oyunlarda “Naxçıvan” “Sərhədçi”ni (83:66), NTD “Neftçi”ni (66:63) məğlub edib. “Gəncə” “Ordu”dan üstün olub – 82:61. “Lənkəran” isə “Quba” üzərində qələbə qazanıb – 86:81.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin