“Şəki” səfərdə “Lənkəran”ı məğlub etdi
Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Şəki” səfərdə “Lənkəran”ı məğlub edib.
Komanda.az xəbər verir ki, B qrupunun Lənkəran Olimpiya İdman Kompleksində baş tutan matçı qonaqların qələbəsi ilə yekunlaşıb – 111:82.
Bu gün B qrupunda daha bir matç oynanılacaq. “Ordu” “Quba” ilə üz-üzə gələcək. “Sərhədçi” İdman Mərkəzində baş tutacaq görüşün start fiti saat 16:30-da səsləndiriləcək. Turun daha əvvəl keçirilən görüşlərində “Neftçi” “Abşeron”u 84:76, “Naxçıvan” “Sabahı” 80:75, “Sərhədçi” NTD-ni 78:64 hesabı ilə məğlub edib. 10-cu tura sabah Gəncə İdman Sarayında oynanılacaq B qrupunun “Gəncə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin