
“Şəki” amerikalı basketbolçu transfer edib
“Şəki” klubu amerikalı basketbolçu transfer edib.
Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Ötən mövsüm “Naxçıvan” komandasında çıxış etmiş, bir çox ölkələrdə legioner təcrübəsi yaşamış amerikalı Devon Cenkinslə müqavilə imzalanıb.
2.01 metr boya malik 30 yaşlı hücumçu daha əvvəl Çili, Finlandiya, İslandiya, Kosovo, Şimali Makedoniya, Monteneqro, Serbiya və Slovakiya çempionatlarında oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



