“Səhvlərim olubsa, bağışlayın” – Namik Ələskərov

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin “Bursaspor” klubu və azarkeşlərlə vidalaşıb.

Komanda.az xəbər ki, “Sabah”a keçən 27 yaşlı yarımmüdafiəçi bununla bağlı “instaqram” səhifəsində paylaşım edib.

“Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğur qazanması üçün əlimdən gələni etməyə çalışdım. Səhvlərim olubsa, bağışlayın. “Bursaspor”un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə əminəm. Nəticədə, qaydalara görə, klubdan ayrılmaq məcburiyyətində qaldım. Rəhbərliyə, məşqçilər və işçi heyətinə, xüsusilə də, azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm”.

Namik Ələskərov “Sabah”la 3 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button