“Biz yox, rəqib risk etməlidir” – “Çelsi”nin baş məşqçisi
“Çelsi”nin baş məşqçisi Enzo Mareska Premyer Liqanın “Brayton”la matçında (4:2) buraxılan qollardan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın qapıçısı Robert Sançesin yol verdiyi səhvləri belə şərh edib:
“İki qol buraxdıq. Birinci halda bu səhv adi bir səhv var idi. İkinci halda, mənim üçün anı oxumağa çalışmaq kimi idi. Hesab 3:1 olduğu üçün risk etmək lazım deyildi. Biz yox, rəqib risk etməlidir. Sançesə və futbolçulara dedim: “Eyni şəkildə daha 10 qol buraxacağıq. Biz belə oynamaq istəyirik?” Sançes oyunun qurulmasında əsas rol oynayır. Lakin səhvlərdən sonra komandanın eyni ruhda oynamağa davam etməsi vacibdir”.
“Çelsi” hazırda Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin