Şəhriyar Məmmədyarov superturnirdə iştirak edəcək

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov iyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək superturnirdə iştirak edəcək.

Komanda.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı qrossmeyster ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” bölümündə mübarizə aparacaq.

Onunla yanaşı, Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Riçard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digər şahmatçılar burada yer alacaq.

Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq.

Yarışa iyunun 14-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button