Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq “Grand Chess Tour” seriyasının iki mərhələsində iştirak edəcək.

Komanda.az xəbər verir ki, reqlamentə əsasən 26-30 avqustda rapid və blits üzrə turnir keçiriləcək.

Yarışda Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynyer Dominqes, Hikaru Nakamura, Samuel Şenklend (hamısı ABŞ), Rixard Rapport (Macarıstan) və Yan Nepomnyaşi (FIDE) mübarizə aparacaq.

Sentyabrın 2-də isə klassik şahmat üzrə “Sinkfild Kuboku” start götürəcək. Həmin turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) ilə Uesli So (ABŞ) əvvəlki turnirin iştirakçılarından Nakamura və Şenklendi əvəz edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button