“Mançester Siti” müdafiəçisini itirdi

“Mançester Siti” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Emerik Laport sıradan çıxıb. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Çempionlar Liqasının 1/8 finalının “Real”la ilk matçında (2:1) zədələnən 25 yaşlı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu mövsüm uzun müddət zədə səbəbiylə yaşıl meydalardan uzaq qalan Laport, Premyer Liqada 7 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button