“Onlar UEFA-nın arxasında gizləndilər” – Overmars
Niderlandın “Ayaks” klubunun idman direktoru Mark Overmars koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatla bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəsmisi, çempionatı bitirməyin lazım olduğunu bildirib:
“Federasiyanın müstəqil qərar verməsini gözləyirdim, amma bunun əvəzinə onlar UEFA-nın arxasında gizləndilər. Bir çox klubun bunu hiss etdiyini bilirəm. Şəffaflıq istəyiriksə, çempionat indi başa çatmalıdır. İstədiyinizi deyin, amma hər şey bitib. UEFA ilə Niderland Futbol Federasiyasını ABŞ prezidenti Donald Trampa bənzədirəm. O da “iqtisadiyyat sağlamlıqdan vacibdir” demişdi.
Qış fasiləsində oynasaq, daha böyük xaos olar. Niyə hər şey insanların sağlamlığı ilə yox, pulla bağlıdır? Hazırda futbolu düşünmək və oynamaq məsuliyyətsizlik olar”.
Niderland Erediviziyası aprelin 27-nə qədər dayandırılıb.
Bizi Facebook-da izləyin