Alleqridən Ronaldoya “bəy tərifi”
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Ayaks”la 1:1 hesablı bərabərliyə razılaşan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, matçdan sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, səfərdə əldə olunan heç-heçənin yaxşı nəticə olduğunu bildirib:
“Bu gün müdafiədə yaxşı oyun göstərdik. İkinci hissənin əvvəlində qol buraxdıq və bundan sonra rəqib böyük təzyiq göstərməyə başladı. Oyunun qalan dəqiqələri bizim üçün çətin keçdi.
“Ayaks” kompakt komandadır. Səfərdə 1:1 hesablı heç-heçə yaxşı nəticədir. Amma Turində daha yaxşı oynamaq məcburiyyətindəyik”.
İtaliyalı mütəxəssis, komandanın yeganə qolunu vuran Kriştiano Ronaldo haqqında da danışıb:
“Ronaldo bu oyunda növbəti dəfə başqa bir səviyyənin futbolçusu olduğunu sübut etdi. Onun oyunu, hərəkətləri, oyunu hiss etməsi digər futbolçulardan fərqli olduğunu göstərir”.
Bizi Facebook-da izləyin