“Səbail”in legioneri CAR klubuna keçir
“Səbail”lə müqaviləsinin müddəti ayın sonunda bitən Hendrik Ekşteyn karyerasını Cənubi Afrika Respublikasında (CAR) davam etdirəcək.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ölkəsinin “Orlando Pirates” klubuna keçməyə yaxındır. Bu barədə “citizen.co.za” saytı məlumat yayıb. Ekşteynin keçidinin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
Ekşteyn Azərbaycanda “Sabah” və “Səbail” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin