“Səbail”lə “Keşlə”də Afrika Günü qeyd olundu
Afrika Birliyinin yaranması münasibətilə hər il 25 may tarixi Afrika Günü kimi qeyd olunur.
Komanda.az xəbər verir ki, Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin müraciətinə əsasən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanda Afrika Gününün qeyd olunması barədə razılıq əldə edilib.
Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarda Afrika mənşəli futbolçuların çıxış etdiyini nəzərə alaraq, AFFA tərəfindən klublara müraciət ünvanlanıb və həmin futbolçuların iştirakı ilə (COVID-19-la bağlı müvafiq prosedurlara riayət etməklə) klubdaxili kiçik tədbirlər təşkil etməklə Afrika gününün qeyd edilməsi təklif olunub.
“Səbail” və “Keşlə” klubları təklifi müsbət dəyərləndiriblər. Tədbirlərdə klubların rəhbərliyi, Afrika mənşəli oyunçuları, aşağı yaş qruplarından ibarət komandaların üzvləri, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarx və AFFA nümayəndələri iştirak ediblər. Tədbirlərin təşkilinə AFFA tərəfindən dəstək göstərilib və iştirakçılara hədiyyələr təqdim olunub.
Bizi Facebook-da izləyin