
“Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi
“Səbail” bu gün yoxlama oyununda Bolqarıstanın “Beroe” klubu ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 19:30-da deyil, 19:00-da başlayacaq. Bu barədə “Səbail” klubunun “facebook” səhifəsi məlumat yayıb.
“Səbail” ilk yoxlama oyununda Bolqarıstanın digər təmsilçisi – Plovdiv “Lokomotiv”iylə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.
“Səbail” təlim-məşq toplanışı çərçivəsində “Klinçeni” (Rumıniya – 28 iyun) və “FK Makedoniya” (Makedoniya – 1 iyul) klubları ilə də yoxlama oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin