“Azərbaycanda futbola xüsusi sevgi yoxdur” – “Səbail”in legioneri

“Səbail”in qapıçısı Aleksandr Rıbkanın “youtube” kanalındakı “Bombardir” verilişində müsahibəsi yayımlanıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı qapıçı, müsahibəsində Azərbaycan futbolu haqda da danışıb:

“Azərbaycanda hər şey var, ancaq futbola çox az adam gedir. Oyunlara 1000 nəfər tamaşaçı gəlir və bu, Ukrayna ilə müqayisədə azdır. Azərbaycanda futbola xüsusi sevgi yoxdur.

Bütün liqa oyunları Qəbələ istisna olmaqla, demək olar ki, bir şəhərdə keçirilir. Düzdür, Sumqayıtda da komanda var, ancaq ora Bakıdan 30-40 km aralıdadır və maşınla yarım saata çatmaq olar”.

Rıbka 2019-cu ilin yanvarında “Səbail”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button