“Səbail”in legioneri millidə debüt etdi

“Səbail”in müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya millisində debüt edib.

Komanda.az xəbər verir ki, onun komandası DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində doğma meydanda Nigeriya ilə qarşılaşıb.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb.

Liberiya yığması yer aldığı qrupda 5 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bu yaydan karyerasını ölkəmizdə davam etdirən 28 yaşlı Araqo vətəndaşlığını daşıdığı Qananın U-17 və U-20 yığmalarında çıxış edib. Lakin baba-nənə xətti ilə liberiyalı olan oyunçu məhz bu ölkənin milli komandasında çıxış etməyə qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button