“Səbail”in legioneri millidə 90 dəqiqə oynadı, 3 xala sevindi
“Səbail”in müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya millisində növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, o, DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası ilə oyunun iştirakçısı olub.
Qarşılaşma Liberiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb. “Səbail”in futbolçusu 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Liberiya yığması yer aldığı C qrupunda 6 oyuna topladığı 6 xalla 3-cü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin