“Səbail”in futbolçusu “Turan Tovuz”la oyunda huşunu itirdi, xəstəxanaya aparıldı

“Səbail”in kapitanı Ağabala Ramazanov Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”la oyunda huşunu itirib.

Komanda.az xəbər verir ki, hadisə qarşılaşmanın 45-ci dəqiqəsində baş verib.

Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər. Meydançaya təcili tibbi yardım maşını girib və oyunçunu xəstəxanaya aparıblar.

Birinci hissəsi başa çatan matçda “Turan Tovuz” 1:0 hesabı ilə öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button