“Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi
“Səbail”in yarımmüdafiəçisi Maykl Essyen xeyriyyə matçında meydana çıxıb.
Komanda.az xəbər verir ki, qanalı ulduz futbolçu “Soccer Aid” şirkəti tərəfindən təşkil olunan UNICEF-ə dəstək xarakterli oyunda iştirak edib.
Londonda “Çelsi”yə məxsus “Stemford Bric” stadionunda keçirilən görüşdə Esyenin yer aldığı dünya yığması ilə İngiltərə əfsanələri üz-üzə gəliblər. Qarşılaşmada Didye Droqba, Rikardo Karvalyo, Frenk Lempard, Co Koul, Con Terri kimi veteran oyunçularla yanaşı, qadın futbolçular da forma geyiniblər.
Qeyd edək ki, əsas vaxtı 2:2 başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan Esyenin komandası qalib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin