
“İnanırıq ki, növbəti mərhələyə irəliləyən komanda biz olacağıq” – “Səbail”in futbolçusu
“Səbail”in futbolçusu Eltun Yaqublu Avropa Liqasının 1-ci təsnifat mərhələsində Rumıniyanın “Universitatya Krayova” komandasına qarşı keçirəcəkləri oyun haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun saytına danışan Yaqublu, bunları deyib:
“Yaxşı kollektivimiz və futbolçularımız var. Rəqibin necə təcrübəli komanda olduğunu bilirik. Qələbə qazanmaq üçün bütün gücümüzlə oynayacağıq. İnanırıq ki, növbəti mərhələyə irəliləyən komanda biz olacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin