
“Səbail”dən Super Liqa klubu ilə heç-heçə
Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Bakı təmsilçisi Super Liqa klubu “Hatayspor”la qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb.
“Dənizçilər”in yeganə qolunu Gülağa Əsədov vurub.
“Səbail”in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək. Komanda daha əvvəl Türkiyə 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin