“Səbail”dən ayrılan futbolçu Rumıniya klubunda
Bir neçə gün öncə “Səbail”lə yolları ayıran Eriko da Silvanın yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçisi bundan sonra Rumıniyanın “Uta Arad” klubunun uğurları üçün çalışacaq. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
2019/20 mövsümünün əvvəlində Rumıniyanın “Astra” klubundan “Səbail”ə keçən 31 yaşlı futbolçu Bakı təmsilçisində 12 oyuna çıxıb, 1 qolla yadda qalmışdı. O, bir illik fasilədən sonra yenidən Rumıniyaya qayıtmağa qərar verib. Lakin Erikonun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin