“Səbail”dən növbəti transfer – RƏSMİ

“Səbail” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu müdafiəçi Turan Manafovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Manafov geridə qalan mövsümü “Zaqatala”da keçirib. O, daha öncə “Neftçi”, “Sumqayıt” və “Qarabağ”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button