“Səbail”dən İsrail klubuna

“Səbail”dən ayrılan Aleksandr Ramalinqom karyerasını İsraildə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu “Bney Saxnin”ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madaqaskarlı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Ramalinqom 2023-cü ilin yayından bu ilin yayınadək “Səbail”də çıxış edib. O, bu müddət ərzində 17 qol və 1 qol ötürməsinə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button