“Səbail”dən futbolçusuna 200 nömrəli forma

“Səbail”in müdafiəçisi Adil Nağıyev Azərbaycan çempionatları tarixində 200-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu bu göstəriciyə Premyer Liqanın 24-cü turunda “Sabah”la ev görüşündə (2:0) nail olub.

Bu münasibətlə “Səbail”in Müşahidə Şurasının üzvü Əbdül Qəni Nurməmmədov futbolçunu bu gün baş tutan “Sumqayıt”la oyundan öncə təbrik edib.

Premyer Liqada debütü 2015/16 mövsümünə təsadüf edən Nağıyev komandamızın heyətində ümumilikdə 88 qarşılaşmada meydana çıxıb və karyerası ərzində “Zirə” (83) “Sumqayıt” (12), “Şamaxı” (17) klublarının formasını geyinib. Adil həmçinin ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button