“Səbail”dən ayrılan Essyen Danimarka klubunda

Keçən mövsümün sonunda “Səbail”dən ayrılan Maykl Essyenin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, Essyen oynayan məşqçi kimi fəaliyyət göstərəcək. O, Danimarkanın “Nordşelland” klubunun baş məşqçisi Flemminq Pedersenin köməkçisi olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Essyen 2020/21-ci il mövsümünün sonunadək Danimarka klubunda çalışacaq. O, sentyabrın 10-dan vəzifəsinin icrasına başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button