“Səbail”dən 150-ci qol

“Səbail” Azərbaycan çempionatlarında 150-ci qolunu vurub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “dənizçilər”in yubileyi 10-cu turda “Neftçi” ilə oyunda qeydə alınıb.

Bu topa fransalı hücumçu Aleksandr Ramalinqom imza atıb. O, 4:2 hesabı ilə qalib gəldikləri matçda komandasının ikinci qolunun müəllifi olub.

“Səbail” “150”yə 178-ci matçda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 0,84-dür.

Bakı klubu ölkə çempionatları tarixinə 150 və daha çox qol vuran 24-cü komanda kimi düşüb. “Səbail” ilk dəfə 2017-ci il avqustun 13-də fərqlənib. “Zirə” ilə səfər görüşünün (1:2) 43-cü dəqiqəsində Vüqar Nadirov rəqib qapısına yol tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button