
“Səbail”də yeni futbolçu
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, paytaxt klubu Cavid Tağıyevi transfer edib.
Onunla 1+1 formatında müqavilə imzalanıb. 29 yaşlı futbolçu yeni komandasının heyətində “10” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2021/22-ci il mövsümündə “Səbail”in uğurları üçün çalışacaq yarımmüdafiəçinin son klubu “Sabah” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin