“Səbail”də rəhbər postda istefa

“Səbail” klubunun icraçı direktoru Fərəc Əliyev vəzifəsindən istefa verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Müşahidə Şurasının iclasında qərarını açıqlayıb.

Əliyev bunu komandanın ötən mövsüm uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirib. Paytaxt təmsilçisi bu istefanı qəbul edib. Lakin razılığa əsasən, yeni icraçı direktorun təyinatına qədər o, vəzifənin icrasını müvəqqəti yerinə yetirəcək.

Baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda komandanın 2023/2024 mövsümünə hazırlığı ilə bağlı planlar da müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button