“Səbail” yeni icraçı direktorunu təqdim etdi

“Səbail”in rəhbərliyi ilə klub üzvlərinin iclası keçirilib.

Paytaxt təmsilçisindən Komanda.az-a verilən məlumata görə, toplantıda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.

ASCO-nun idarə heyətinin və “Səbail” PFK Müşahidə Şurasınn sədri Rauf Vəliyev klubun sabiq icraçı direktoru Fərəc Əliyevə göstərdiyi fəaliyyətə görə təşəkkür edib.

Daha sonra klubun Müşahidə Şurasının üzvü Firuz Abdullanın icraçı direktor təyin olunması ilə bağlı kollektivə məlumat verilib. Yeni icraçı direktora işində uğurlar arzulanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button