
“Səbail” Türkiyəyə yollandı
2023/24 mövsümünə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.
Komanda.az xəbər verir ki, komanda Ərzurumda məskunlaşıb və bu gün axşam saatlarında ilk məşqinə çıxacaq.
Xatırladaq ki, “Səbail”in qardaş ölkədə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərdən hələlik biri məlumdur. Şahin Diniyev yetirmələrini “Konyaspor”la oyunda sınaqdan keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin