“Səbail” Türkiyəyə yola düşüb

“Səbail” yeni mövsümün hazırlıqları üçün Türkiyəyə yola düşüb.

Komanda.az xəbər verir ki, iyunun 27-də Bakıda bir araya gələn komanda toplanışın ikinci mərhələsi üçün Ərzuruma yollanıb.

“Səbail” Türkiyədə üç yoxlama matçı keçirəcək. Belə ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda iyulun 11-də “Ərzurumspor”, 13-də “Hatayspor”la üz-üzə gələcək. Üçüncü rəqibin kimliyi isə bəlli deyil.

“Dənizçilər”in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button