“Səbail” sabiq hücumçusu ilə gücləndi

“Səbail” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu “Şamaxı”dan ayrılan hücumçu Amil Yunanovu heyətinə qatıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı forvard “Şamaxı”ya 2021-ci ilin yayında məhz “Səbail”dən keçmişdi. O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də uğurları üçün çalışıb.

“Səbail” Amildən öncə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev və Bahadur Həziyevi də transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button