
“Səbail”də Əfran İsmayılovla bağlı qərar rəsmən açıqlandı
“Səbail” klubu futbolçusu Əfran İsmayılovun müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2022-ci ilin yayına qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əfran ötən mövsüm “Səbail”lə 24 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin