“Səbail” ilk transferini açıqladı

“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq “Turan Tovuz”da çıxış edən Fərid Nəbiyevlə müqavilə imzalanıb.

24 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 1 illikdir.

O, karyerasında “Slaviya” (Praqa, Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya” (Jijkov, Çexiya) və “Kəpəz” klublarının da formasını geyinib.

Bu “Səbail”in yeni mövsüm üçün ilk transferidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button