“Səbail” hücumçu transfer edib

Azərbaycanın 1-ci Liqa təmsilçisi “Səbail” növbəti transferini reallaşdırıb.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımovla 1+1 illik müqavilə imzalanıb.

25 yaşlı hücumçu ötən mövsüm 1-ci Liqada 15 qolla ən məhsuldar ikinici futbolçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button