“Səbail” heç-heçə etdi, “Mingəçevir” qalib gəldi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün üç oyun baş tutub.

Turun mərkəzi matçı “Şəfa” ilə “Səbail” arasında olub. Liderlərin dueli “sülh”lə yekunlaşıb. “Şəfa” 16 xalla liderdir. “Səbail” isə onlardan 2 xal geri qalır.

Digər matçlarda “Cəbrayıl” “Şahdağ Qusar”a, “Mingəçevir” isə “Zaqatala”ya qalib gəlib.

1-ci Liqa, 6-cı tur

“Şəfa” – “Səbail” 2:2
Qollar: 
E.Cəfərov, 11, N.Əliyev, 45+2 – E.Rüstəmov, 25, K.Quliyev, 30.

“Zaqatala” – “Mingəçevir” 2:3
Qollar:
 R.Şabanov, 24 (pen), K.Kazımov, 43 – K.Kalunqa, 7, 73, S.Abdullayev, 30.

“Cəbrayıl” – “Şahdağ Qusar” 3:1
Qollar: 
B.Soltanov, 4, S.Hüseynli, 39, D.Açimi, 47 – S.Ağalarov, 67.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button