“Səbail” daha bir futbolçu ilə vidalaşdı
“Səbail” daha bir futbolçu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, qapıçı Səlahət Ağayev Bayıl təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
“Səbail” bundan əvvəl Adil Nağıyev və Ağabala Ramazanovla yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin