“Səbail” Cavid Hüseynovla yollarını ayırdı – RƏSMİ

“Səbail” klubu baş məşqçi Cavid Hüseynovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bu qərar “Səbail”in bu gün Premyer Liqanın 27-ci turunda “Neftçi”yə məğlubiyyətindən (1:2) sonra verilib.

“Səbail” hazırda Premyer Liqada 18 xalla sonuncu yeri tutur və mövsümün sonu yüksək liqanı tərk etməyə əsas namizəddir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button