“Səbail” darmadağın oldu

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün ikinci yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv Bolqarıstanın “Beroe” komandası ilə qarşılaşıb. Bansko şəhərində keçirilən qarşılaşma “Səbail”in 0:4 hesablı məğlubiyyəti ilə bitib.

“Səbail” ilk yoxlama oyununda Bolqarıstanın digər təmsilçisi – Plovdiv “Lokomotiv”iylə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.

“Səbail” təlim-məşq toplanışı çərçivəsində “Klinçeni” (Rumıniya – 28 iyun) və “FK Makedoniya” (Makedoniya – 1 iyul) klubları ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu

25 iyun

Səbail – Beroe (Bolqarıstan) 0:4

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button